İspaniya Ukraynaya bir milyard avro ayıracaq

18 Noyabr 2025 20:34 (UTC+04:00)

İspaniya tezliklə Ukraynaya transfer üçün ABŞ-dan hərbi texnika almaq üçün bir milyard avro ayıracaq.

SİA xəbər verir ki, El Pais qəzetinin məlumatına görə, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez məlumat verib.

Bu yardım paketi Ukraynanın enerji infrastrukturuna yardım paketinə əlavədir.

Həmçinin bildirilib ki, yeni yardım paketi Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün nəzərdə tutulub. Konqresin spikeri Fransina Armenqol və Senatın prezidenti Pedro Rollan Ukrayna prezidenti Volodimir Zelenskini Madriddəki Deputatlar Konqresinin İtirilmiş Pilləkənlər Zalında qəbul ediblər.

Ukrayna prezidenti İspaniyaya üçüncü səfəri zamanı həmçinin Kral VI Felipe və Baş nazir Pedro Sançes ilə görüşməyi planlaşdırır.

Əli Babayev