Uitaker: Avropa Rusiyaya qarşı daha cəsarətli tədbirlər görməlidir...

18 Noyabr 2025 19:35 (UTC+04:00)

ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker Avropanı Rusiyaya qarşı daha proaktiv və sərt olmağa çağırıb.

SİA-nın məlumatına görə, Bloomberg diplomatdan sitat gətirib.

Vaşinqton Avropanı Rusiya ilə daha aqressiv münasibətlərə doğru itələyir.

O bildirib ki, Avropa ölkələri Ukraynaya yardımı maliyyələşdirmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etməyə başlamalıdırlar.

Onun fikrincə, bu, yaxın illərdə Kiyevi dəstəkləməkdə mühüm addım olacaq. Uitaker əlavə edib ki, bu, yeni bir mərhələni - daha cəsarətli və daha qətiyyətli Avropanı qeyd edir.

O hesab edir ki, avropalıların qorxmadan hərəkət etməsinin vaxtı gəlib çatıb.

Politico əvvəllər Belçikanın planın təfərrüatlarını bilənə qədər Rusiya aktivlərindən istifadəyə icazə verməyə hazır olmadığını bildirmişdi.

Ölkə Avropa Birliyindən məsələni diqqətlə nəzərdən keçirməsini və potensial riskləri bölüşməsini tələb edir.

ABŞ ümid edir ki, daha çox ölkə Ukrayna üçün silah almaq proqramına qoşulacaq.

Uitaker əvvəllər Avropanın Kiyevə qoşun göndərmək üçün siyasi iradəsinin olmadığını da bildirib.

Əli Babayev