...Amelia Grey brendin təmir olunmuş London butikinin açılışı ilə birlikdə keçiriləcək Miu Miu Select tədbirində iştirak edəcək.
SİA-nın məlumatına görə, tədbir New Bond küçəsində keçiriləcək və model 2025-ci il mövsümü üçün fərdiləşdirilmiş Miu Miu geyim və aksesuarlarını təqdim edəcək.
Hər bir məhsul imza etiketi və orijinal marka qablaşdırması ilə birlikdə gələcək.
Qeyd edək ki, Miu Miu Select layihəsi 2019-cu ildən bəri davam edir.
Burada brendin yeni kolleksiyalarından geyim, çanta və aksesuar seçimlərini təqdim edən dəvət olunmuş məşhurlar iştirak edir.
Əvvəlki iştirakçılar arasında Sidni Suini, Lila Moss, Koko Qauff, Cidi Xadid, Xloya Sevini, Emili Ratakovski, Poppi Delevin, Aleksa Çanq, Lotta Volkova və başqaları var.
Bu il Miu Miu Select Parisdə dizayner Gaia Repossi ilə, Çenduda model Cu Xiaouen ilə, Banqkokda aktrisa Çompoo Araya ilə, Nyu-Yorkda tennis çempionu Koko Qauff ilə və Seulda müğənni Ella Gross ilə birlikdə keçirildi.
Növbəti Miu Miu Select tədbirləri 26-30 noyabr tarixlərində Madrid, Melburn və yenidən Parisdə Rue du Faubourg Saint-Honoré küçəsindəki butikdə keçiriləcək.
Nazlı Almuradova