İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 39 nəqliyyat vasitəsi satılıb. SİA Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Dövlət əmlakı üzrə növbəti hərrac noyabrın 25-də keçiriləcək. Satışa çıxarılan əmlakın siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.
Hərraclarda iştirak etmək istəyənlər www.emlak.gov.azvə www.auksion.gov.az internet saytlarından seçim edə bilərlər.