“Miomalar: müasir müayinə və müalicə üsulları” mövzusunda canlı yayım keçiriləcək

18 Noyabr 2025 12:07 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Mamalıq-ginekologiya şöbəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru, mama-ginekoloq Təranə Bayramova 20 noyabr 2025-ci il tarixində saat 15.00-da “Miomalar: müasir müayinə və müalicə üsulları” mövzusunda canlı yayımda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq. Suallarınızı canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. (https://www.facebook.com/customshospital/).