“Həkimlərimizi tanıyın!” həkim-pediatr Minazər Abdullayevanı təqdim edirik.

18 Noyabr 2025 12:01 (UTC+04:00)

DR.MİNAZƏR ABDULLAYEVA Mərkəzi Gömrük Hospitalında yeni doğulmuş uşaqların müayinəsi, uşaqların anadan olduğu dövrdən 17 yaşa kimi olan dövrdə müayinə və müalicəsi ilə məşğul olur. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/minazar-abdullayeva/.

Dr.Minazər Abdullayeva 1996-cı ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirmiş, 1996-1997-ci illərdə Naxçıvan Muxtar Respublikasında 2 saylı Doğum Mərkəzində neonatoloq ixtisası üzrə internatura keçmişdir. O, 1998-2008-ci illərdə dövlət tibb müəssisəsində həkim neonatoloq kimi çalışmışdır. Dr.Minazər Abdullayeva 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında neonatoloq-pediatr kimi fəaliyyət göstərir.

Daim öz üzərində çalışan Dr.Minazər Abdullayeva ölkəmizdə və xaricdə pediatriya sahəsi üzrə keçirilən müxtəlif konfranslarda, seminarlarda iştirak edir. O, 2013-cü ildə Türkiyənin “Ankara Zəkai Tahir Burak Kadın Sağlığı Eğitim və Araştırma Hastanesi”ndə yenidoğulmuşların reanimasiyası şöbəsində 6 ay müddətində təkmilləşdirmə kursunda, 2018-ci ildə neonatologiya üzrə Azərbaycan-Türkiyə II intensiv təlim kursunda, 2019-cu ildə ATU-nun və Türkiyənin Ankara Universitetinin təşəbbüsü ilə keçirilmiş “Pediatrik reanimasiya və təcili pediatrik yardım” üzrə təlim kursunda və həmin ildə Neonatologiya üzrə Azərbaycan-Türkiyə III Beynəlxalq Təlim kursunda iştirak etmişdir.

13 noyabr 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında üçəm körpələrin doğuşu mama-ginekoloq Raziyyə Tapdıqova ilə birlikdə Dr. Minazər Abdullayevanın yüksək peşəkarlığı ilə uğurla həyata keçirilib. Dr.Minazər Abdullayevanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.