Sumqayıtda silah-sursat aşkarlanıb

18 Noyabr 2025 09:59 (UTC+04:00)

Sumqayıt şəhərində silah-sursat aşkar olunub. SİA-nın yerli bürosu xəbər verir ki, "Kimyaçılar" yaşayış massivinin dənizkənarı hissəsində AKC-74 markalı, 5,45 çaplı avtomat silahı, ona məxsus bir ədəd daraq və 17 ədəd patron tapılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Silah-sursatın mənşəyi və əraziyə hansı şəraitdə düşməsi istiqamətində tədbirlər davam etdirilir.