"Azeri Light" nefti cüzi ucuzlaşıb

18 Noyabr 2025 09:49 (UTC+04:00)

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti cüzi azalıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,01 ABŞ dolları azalaraq 67,93 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67,94 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.