Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb

17 Noyabr 2025 19:58 (UTC+04:00)

Azərbaycan qılıncoynadanı Vahab Fətullayev Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

SİA xəbər verir ki, yarımfinalda uduzan idmançı fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, İslamiadaya noyabrın 21-də yekun vurulacaq.