Səudiyyə Ərəbistanının Mədinə şəhərində qəza nəticəsində 45 zəvvar ölüb

17 Noyabr 2025 20:08 (UTC+04:00)

Səudiyyə Ərəbistanının Mədinə şəhəri yaxınlığında zəvvarları daşıyan avtobusun yanacaq maşını ilə toqquşması nəticəsində 45 nəfər ölüb.

SİA xəbər verir ki, ölən şəxslər Hindistan vətəndaşları olublar. Onlar Ümrə ziyarətinə gəlmişdilər.