Polşalı general Ukraynaya “Tomaqavk” raketləri verilməsini tələb etdi...

17 Noyabr 2025 18:14 (UTC+04:00)

Polşadakı sabotaj hücumlarına cavab olaraq, GROM xüsusi təyinatlı qüvvələrinin keçmiş rəisi Roman Polko ABŞ-ı Ukraynaya uzun mənzilli “Tomaqavk” raketləri verməyə çağırdı.

SİA xəbər verir ki, bu barədə RMF24 məlumat yayıb.

O bildirib ki, biz başımızı quma basdıra bilmərik; biz qətiyyətli və effektiv hərəkət etməliyik.

General həmçinin qeyd edib ki, Avropa ölkələrində sabotaj hücumlarının artan tezliyi səbəbindən Qərb dövlətlərinin Avropa İttifaqı və NATO daxilində əməkdaşlığı və qarşılıqlı dəstəyi gücləndirməsi vacibdir.

Rusiyaya qarşı konsolidasiya olunmuş təzyiqin zəruriliyini Polkonun "Avropanın gizli düşmənləri" adlandırdığı Macarıstan və Slovakiya hökumət başçıları Viktor Orban və Robert Fikoya çatdırmaq vacibdir.

Bir müddət əvvəl Polşanın Baş naziri Donald Tusk Varşava-Lyublin marşrutu üzrə dəmir yolu xətlərinin sabotajını elan etmiş və bunu Polşanın və onun vətəndaşlarının təhlükəsizliyini birbaşa təhdid edən görünməmiş sabotaj aktı adlandırmışdı.

...Kimliyindən asılı olmayaraq, məsul şəxsləri mütləq tapıb cəzalandıracağıq, - deyə hökumət başçısı əmin edib.

Əli Babayev