Dağıstanda polisə hücum planlaşdırdığına görə altı nəfər saxlanılıb.
SİA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının (RF) region üzrə İstintaq Komitəsi Lenta.ru-ya məlumat verib. Onlar Rusiya Cinayət Məcəlləsinin 205.4 ("Terrorçu qruplaşmanın təşkili") və 30 və 317 ("Hüquq-mühafizə orqanı əməkdaşının həyatına sui-qəsdə hazırlıq") maddələri ilə şübhəli bilinirlər.
Müstəntiqlərin sözlərinə görə, bu ilin iyul ayında Mahaçqalada olarkən altı yerli sakin bölgədə terror fəaliyyəti həyata keçirmək üçün terrorçu qrup yaradıblar.
Onlar polis əməkdaşlarına hücum etməyi planlaşdırıblar. Vaxtında həbs olunduqları üçün cinayətkar niyyətlərini həyata keçirə bilməyiblər.
Cinayətkarlar həbs qətimkan tədbiri seçilib.
Müstəntiqlər hadisənin bütün hallarını müəyyən edirlər. ...Əvvəllər general Kirillova qarşı terror aktı ilə bağlı istintaqın başa çatdığı bildirilirdi.
Nazlı Almuradova