Peşə təmayüllü siniflərdə monitorinqlər davam edir

17 Noyabr 2025 17:29 (UTC+04:00)

Təhsil İnstitutunun Peşə və ömürboyu təhsilin proqramları şöbəsi tərəfindən peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi ümumi təhsil müəssisələrində monitorinq prosesi davam etdirilir.

SİA-nın məlumatına görə, İnstitutdan bildirilib ki, monitorinqlər çərçivəsində peşə təmayüllü siniflərdə nəzəri və praktiki dərslərin müşahidəsi, dərs planlarının təhlili, eləcə də şagirdlərin dərs prosesindəki iştirak və fəaliyyətlərinin qiymətləndirilməsi həyata keçirilir.

Aparılan monitorinqlər peşə təmayüllü siniflərdə təhsilin keyfiyyətinin yüksəldilməsi və tədris prosesinin daha səmərəli təşkili məqsədi daşıyır.