Mask Tesla robotu ilə yoxsulluğu aradan qaldıracağına söz verib...

17 Noyabr 2025 22:16 (UTC+04:00)

...Amerikalı sahibkar və SpaceX və Tesla şirkətlərinin qurucusu Elon Musk sosial media platforması X-də humanoid robot Optimus-un yoxsulluğun azaldılmasına kömək edəcəyini iddia edib.

Yazıda iş adamı iddia edir ki, robot hər kəsə universal yüksək gəlir təmin edəcək.

Yazıya Maskın 6 noyabrda Tesla investorlarına etdiyi çıxışın bir hissəsi əlavə olunub.

SİA-nın məlumatına görə, milyarder iddia edir ki, Optimus ən bacarıqlı cərrahdan daha yaxşı nəticə göstərəcək.

Oktyabr ayında Teslanın Optimus robotu Hollivudun qırmızı xalçasında ilk dəfə ictimaiyyətə göründü.

"Tron: Ares" filminin premyerasında robot aktyor Cared Letoya kunq-fu döyüş sənətlərini nümayiş etdirdi.

Tesla Bot kimi də tanınan Optimus-un hazırlanması 2024-cü ilin oktyabrında elan edildi, baxmayaraq ki, Mask ilk dəfə universal humanoid robot konsepsiyasını 2021-ci ilin avqustunda açıqlamışdı.

O, Optimus-un pərakəndə satış qiymətinin 20.000 ilə 30.000 dollar arasında olacağını irəli sürdü.

Mask həmçinin bu layihənin əhəmiyyətinə görə Teslanın avtomobil biznesini üstələyə biləcəyi fikrini də dilə gətirdi.

Əli Babayev