...Aktyor Alek Bolduin, komediyaçı Den Mahboubian Rosenin Hamptonsdakı evini tənqid etməsindən sonra sosial mediada mübahisəyə qarışıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə People yazır.
Rosenin İnstaqram videosu “New York Times”-ın aktyorun ferma evini göstərən xəbərinə cavab idi.
Daha əvvəl bu video Bolduin, həyat yoldaşı Hillari və yeddi uşağının rol aldığı "The Baldwins" realiti şousunun səhnəsi kimi istifadə olunub.
Videoda Rosen mətbəxdən başlayaraq interyerə istehza ilə baxır.
...Bu qədər pulu olan biri necə belə bir yerdə yaşaya bilər?,- deyə soruşur.
Komediyaçı zarafatla hətta pişiyin də "darıxmaqdan yuxuya getdiyini" və mətbəxin özü Hallmark Milad filmindəki ucuz bir dekorasiyaya bənzədiyini bildirir.
Vanna otağına baxan Rosen deyir: "Bu, mayonezdir. Mayonezli vanna otağıdır".
O, bütün evin "maraqsız" olduğunu və açıq hava oyun meydançasının "interyerin qalan hissəsindən daha çox özünəməxsusluğa malik olduğunu" deyir.
…Mən evdə deyil, həmin oyun meydançasında yaşayardım,- deyə əlavə edir.
Videoya çoxsaylı yumoristik şərhlər gəlsə də, Boldvin yumoru bəyənməyib.
O, paylaşımı "Niyə sadəcə ayrılmırsan?" başlığı ilə şərh edib. Hillari Boldvin gülüşdən ağladığı tək bir emoji ilə cavab verib.
Nazlı Almuradova