BDU ilə Koreyanın Sejonq Universiteti arasında anlaşma memorandumu imzalanıb

17 Noyabr 2025 16:35 (UTC+04:00)

Bakı Dövlət Universiteti (BDU) və Koreya Respublikasının Sejonq Universiteti arasında anlaşma memorandumu imzalanıb. BDU-dan SİA-ya bildirilib ki, memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər memorandumda öz əksini tapıb.

Memorandumu BDU-nun rektoru Elçin Babayev və Sejonq Universitetinin rektoru Conqva Eom imzalayıblar.

Əsası 1940-cı ildə qoyulmuş Sejonq Universiteti Koreyanın nüfuzlu universitetlərindən biridir. Sejonq Universiteti QS dünya universitetləri reytinqində 2026-cı il üzrə 392-ci pillədə qərarlaşır.