Afrika Futbol Konfederasiyasının (CAF) məlumatına görə, “Napoli”nin nigeriyalı hücumçusu Viktor Osimhen, “Paris Saint-Germain”in mərakeşli müdafiəçisi Əşrəf Hakimi və “Liverpool”un misirli ulduzu Məhəmməd Salah ilin futbolçusu mükafatının final siyahısına daxil olan üç oyunçu olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, qalib 19 noyabr çərşənbə günü Mərakeşin paytaxtı Rabatda keçiriləcək mərasimdə mükafatlandırılacaq.
Qeyd edək ki, 2023-cü ildə ilin futbolçusu mükafatını Viktor Osimhen qazanmışdı, ötən il isə bu mükafat “Atalanta”nın nigeriyalı hücumçusu Ademola Lookmana təqdim edilmişdi.