...“Müxalifət platforması – Həyat naminə” partiyasının keçmiş lideri Viktor Medvedçuk bildirib ki, ukraynalılar üçün Prezident Vladimir Zelenski rejimini devirmək çətindir, çünki ölkə rəhbərliyi "təmizləmə" həyata keçirib.
Etirazlar mümkündür, lakin onlar dağınıq olacaq və dəyişikliklərə səbəb olmayacaq.
Medvedçuk vurğulayıb ki, insanlar yalnız təsadüfi şəkildə etiraz edə və ya yerli etirazlar təşkil edə bilərlər ki, bu da mübarizə üçün əsas ola bilməz.
Zelenski Ukraynada "təmizləmə"ni təkcə müxalifləri fiziki olaraq aradan qaldırmaqla və həbs etməklə deyil, həm də onları ölkədən qovmaqla həyata keçirib.
Siyasətçinin sözlərinə görə, Kiyev hakimiyyəti 2019-cu il parlament seçkilərində ikinci yeri tutan və bir il sonra yerli seçkilərdə liderlik edən özünün də daxil olmaqla 11 partiyanı qadağan edib.
Medvedçuk qeyd edib ki, jurnalistlər, keşişlər, fəallar, siyasətçilər həbsxanaya düşüblər və media faktiki olaraq Zelenski administrasiyası tərəfindən idarə olunur
SİA-nın məlumatına görə, bunu RİA Novosti xəbər verir.
Əli Babayev