...Çin Sərnişin Avtomobil İstehsalçıları Assosiasiyası Çin avtomobil sənayesinin ixrac bazarları haqqında məlumatları təqdim edən hesabat yayımlayıb.
Bu ilin ilk doqquz ayının nəticələrinə əsasən, Rusiya Çinin ixrac bazarları arasında birinci yerdən üçüncü yerə düşüb.
SİA-nın məlumatına görə, ilin əvvəlindən bəri 410.739 Çin avtomobili idxal edən Meksika hazırda liderlik edir, BƏƏ isə 367.796 avtomobillə ikinci yerdədir.
Rusiya eyni dövrdə Çindən 357.708 yeni avtomobil idxal edib.
Çinin ən böyük 10 ixrac bazarına həmçinin Belçika, Birləşmiş Krallıq, Səudiyyə Ərəbistanı, Avstraliya, Braziliya, Filippin və Qazaxıstan daxildir ki, onların da ümumi sayı 147.404 avtomobil təşkil edir.
2022-ci ilin fevral ayından etibarən Rusiyaya yeni Çin avtomobillərinin tədarük həcmi xeyli artıb və Rusiya bazarı Pekin üçün tez bir zamanda ən vacib bazara çevrilib. Xatırladaq ki, AvtoVAZ Lada Azimut avtomobilini zavod sınaq meydançalarında sınaqdan keçirməyə başlayıb.
Nazlı Almuradova