“İşəgötürənlərin verdikləri iş elanlarında 18-35 yaş arası yaş məhdudiyyəti qoyulması doğru deyil”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib.
Onun sözlərinə görə, bütün hallarda bu ayrımçı yanaşmadır və doğru deyil: “İşçinin 35-dən çox yaşı olsada, müasir texnologiyalardan məlumatı var və xarici dil bilir. Belə olan halda işəgötürənin işçini işə götürməməsi üçün təbiiki heç bir səbəbi yoxdur. İşçinin təcrübəsi varsa, yaşı 35-dən çox olsa da ona şans vermək lazımdır. İşəgötürənlər yaxşı olardı ki, elan etdikləri vakansiyalarda konkret tələblərini göstərsinlər. Bəzən çox tərcübəli işçini 35-dən çox yaşı olduğu üçün işə götürmürlər. Təbii ki, bu düzgün deyil. Bu qərar həm də Beynəlxalq Əmək Təşkilatınında kriteriyalarına uyğun deyil. İşəgötürənlər tərəfindən elan olunan vakansiyalarda yaş məhdudiyəti vətəndaşın həm psixoloji olaraq özlərini yaşlı hesab etmələrinə səbəb olur. Bu insanlar özlərini öz funksiyanallıqlarını itirmiş və heç kimə lazım olmayan şəxs kimi hesab etmələrinə səbəb olur. Nəticədə bu insanlar sürətli qocalma sindromuna və depressiyaya da düşə bilərlər. Bu yolverilməzdir. Bütün insanlara bərabər şərait və imkanlar yaradılmalıdır. Azərbaycan 2016-cı ildə dayanıqlı inkişaf məqsədləri planına qoşulub. Bu planın əsas məqsədi heç kəsi kənarda qoymamaqdır. Azərbaycan bu öhdəliyi götürübsə, müəssisələrdə bu prinsipə hörmətlə yanaşmalıdır. Yaş məhdudiyyəti məsələsinə mən tənqidi yanaşıram”.
Müəllif: İlkin Məmmədkərimov