Banqladeşdə məhkəmə 2024-cü ilin iyul etirazlarında baş verən ölüm hallarında məsuliyyət daşıdığı iddiası ilə keçmiş Baş nazir Şeyx Hasina Vəcidi ölüm cəzasına məhkum edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Cinayətlər Məhkəməsinin (ICT) üç hakimdən ibarət heyəti onu qiyabi şəkildə mühakimə edərək insanlığa qarşı cinayətlər törətməkdə təqsirli bilib.
Həmçinin, sabiq daxili işlər naziri Asaduzzaman Xan Kamal və polis baş müfəttişi Çaudhuri Abdullah əl-Mamun barəsində də eyni hökm çıxarılıb.
Məhkəmə Hasina Vəcidi ölüm cəzasına məhkum edib.