Azərbaycan ilə Qabon arasında bir sıra sahə üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. SİA xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
Müzakirələr Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) iştirak məqsədilə Azərbaycanda səfərdə olan Qabonun iqtisadiyyat və innovasiya naziri Mark Aleksandre Doumba ilə görüşdə aparılıb.