Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən noyabrın 1-dən 16-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb. ANAMA-dan SİA-ya bildirilib ki, ötən yarım ayda Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 265, tankəleyhinə 127 mina və 3 min 207 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həmçinin 2 894,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.