Sabah yağış yağacaq

17 Noyabr 2025 12:21 (UTC+04:00)

Azərbaycanda noyabrın 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, səhər cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturunun gecə 10-14, gündüz 16-19 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 770 millimetr civə sütunundan 768 millimetr civə sütununa enəcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-12, gündüz 16-21, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti olacağı bildirilir.