Azercell-in tərəfdaşlığı ilə “Mələk İnvestorlar Məktəbi” layihəsi baş tutdu

14 Noyabr 2025 17:09 (UTC+04:00)

4–6 noyabr 2025-ci il tarixlərində Bakıda “Mələk İnvestorlar Məktəbi” layihəsi baş tutub. Ölkədə innovasiya və investisiya ekosisteminin inkişafına daima töhfə verən “Azercell Telekom” MMC tədbirə tərəfdaşlıq edib.

Layihənin əsas məqsədi Azərbaycanda yeni nəsil investorlarınformalaşdırılması, onların praktiki və nəzəri biliklərinin artırılması, eləcə də ölkədə sağlaminvestor mədəniyyətinin təşviq edilməsidir. Üçgünlük proqram çərçivəsində iştirakçılar üçün investor təlimləri və İnvestisiya Sammiti təşkil olunub.

Azercell Telekom-u tədbirdə şirkətin Texnologiya və İnformasiya üzrə Baş direktor CorcHeld təmsil edib. C. Heldçıxışında Azercell-inölkədə startap və innovasiyaekosisteminin inkişafına verdiyi dəstəyin əhəmiyyətindən danışaraq bildirib:
“Azercell uzun illərdir Azərbaycanda startapekosisteminin formalaşması və inkişafına böyük əhəmiyyət verir. Biz inanırıq ki, bu kimi təşəbbüslər ölkənin iqtisadi transformasiyasına və innovasiyalarınsürətlənməsinə xidmət edir.”

Tədbirə 500-dən artıq potensial investor qatılıb, onlar hüquqi çərçivələr, risklərin idarə edilməsi, investisiya strategiyaları və portfelin diversifikasiyası kimi mövzularda biliklər əldə ediblər.

Sammit çərçivəsində yerli startapların təqdimat sessiyaları, panel müzakirələr və beynəlxalq ekspertlərin çıxışları baş tutub. Tədbirin sonunda seçilən 5 iştirakçı ABŞ-da keçiriləcək “SiliconValleyTour” proqramına vəsiqə qazanıb.