Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev noyabrın 28-də İmişli rayonunda İmişli və Beyləqan rayonlarının sakinlərini qəbul edəcək. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar noyabrın 17-19 nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya "142" Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.