İdman zalı seçərkən nələrə diqqət etmək vacibdir

17 Noyabr 2025 09:24 (UTC+04:00)

“İdman, sağlamlığımızı möhkəmləndirir, həmçinin həyatımızı nizamlayır. Bu faydalı xüsusiyyətlərinə görə hələ məktəb vaxtlarımızdan valideynlərimiz və nənələrimiz bizə enerjimizi bərpa etmək və günə başlamaqdan ötrü idmanı məsləhət görürdü”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dos. Gülbaba Quliyev bildirib.

G.Quliyev qeyd edib ki, araşdırmalara görə idman stresin qarşısını aldığı üçün daim idmanla məşğul olan adamlar özlərindən asılı olmayaraq çox gülümsəyir və əhvalı daima yüksək olur. Bu da ona iş görmək stimulu verir və daha çox pul qazanmaq istəyini artırır. Bəs idman zalı seçərkən nələrə diqqət etmək lazımdı sualına cavab tapaq.

Yer
İdman zalı işinə və ya evinə yaxın olmasına diqqət et. Yəni idman zalı seçərkən ilk yerinə fikir ver.

Açıq olduğu saatlar
Xüsusilə həm işləyib, həm idmanla məşğul olanlar üçün zalın hansı saatlarda açıq olması önəmlidir. Saatların sənin iş qrafikinə uyğun olub-olmamasına diqqət et.

Trenerlər
İdman zalındakı trenerlərə fikir verməyi unutma. Təcrübəli və hər an əlaqə saxlaya biləcəyin trenerlər olmasına diqqət etmək lazımdır.

Alətlər
İdman alətlərinin sayı ən önəmli amillərdən biridir. Sıxlıq olduğu vaxt çox zaman keçirmək istəmirsənsə, bütün idman alətlərinin sayına diqqət etməli olacaqsan. Bundan başqa alətlərin təzə və təmiz olmasına da diqqət elə.

Ümumi təmizlik
İdman salonunun təmiz, işıqlı və havalandırıcının olmasına mütləq diqqət edin. Bu amillər idman edə bilməyin üçün çox önəmlidir.

Otaqlar
Pilates, yoqa, aerobika etmək üçün ayrıca otaqların olmasına, təmizliyinə və böyüklüyünə diqqət edin.

Afət Tahirqızı