Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sonuncu - 6-cı tur matçına çıxıb. SİA xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda evdə Fransanı qəbul edir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:00-da başlayıb. Oyunu Latviyadan olan hakimlər briqadası idarə edir.
Matçı stadionda 30 min tamaşaçı izləyir.
Millimiz bu oyuna itkilərlə çıxın. Yüksək hərarət səbəbindən komandanın heyətindən çıxarılan, İslandiya ilə matçı da buraxan Elvin Cəfərquliyevlə yanaşı, zədələnən Toral Bayramov da oyunda iştirak edə bilməyəcək. Fransa millisindən isə Kilian Mbappe, Eduardo Kamavinqa və Manu Kone meydana çıxmayacaqlar. Onlar Bakıya gəlməyiblər.
Azərbaycan yığması 4-cü tur çərçivəsində Fransa millisi ilə Parisdə - "Park de Prens" stadionunda qarşılaşıb ə 0:3 hesabı ilə uduzub.
D qrupu
21:00. Azərbaycan - Fransa - 1:3 (Fasilə)
Qol: Renat Dadaşov, 4 (1:0), Jan-Filipp Mateta, 17 (1:1), Maqnes Akliuş, 30 (1:2), Hefren Türam, 45+1 (1:3)