...İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran hazırda ölkədəki heç bir obyektində uranı zənginləşdirmir. O, əlavə edib ki, İranın bütün obyektləri təhlükəsizlik və monitorinq altındadır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə AP xəbər verir.
...İndi heç bir zənginləşdirmə yoxdur, çünki obyektlərimizə - zənginləşdirmə obyektlərimizə - hücum edilib, - Əraqçi iyun ayında ABŞ və İsrailin İranın nüvə obyektlərini bombaladığı 12 günlük hava müharibəsinə toxunaraq deyib.
Əraqçinin sözlərinə görə, ABŞ və beynəlxalq ictimaiyyət İranın uranı zənginləşdirmək və nüvə texnologiyasından dinc məqsədlərlə istifadə etmək hüququnu tanımalıdır. O, əlavə edib ki, Tehran bu hüquqlardan "heç vaxt imtina etməyəcək".
Əli Babayev