KTMT-nin "Maneə-2026" adlı xüsusi təlimi gələn il Belarusda keçiriləcək.
SİA xəbər verir ki, bu barədə Belarus Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə (RKMQ) Qoşunlarının rəisi Vyaçeslav Starkov VoenTV kanalına bildirib.
...KTMT kollektiv sülhməramlı qüvvələrinin maraqları naminə bioloji təhdidlərin aradan qaldırılması üzrə tapşırıqların birgə yerinə yetirilməsi təcrübəsi davam edəcək, - Starkov bildirib.
Əvvəlki "Maneə-2025" təlimi Tacikistanda Faxrabad təlim poliqonunda keçirilib. Belarus Ordusunun 8-ci RKMQ briqadasından bir bölmə iştirak edib.
Təxminən 1500 əsgər və 200-dən çox hərbi və xüsusi texnika iştirak edib.
Əli Babayev