Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub

16 Noyabr 2025 17:19 (UTC+04:00)

Noyabrın 16-da saat 13:20 radələrində Ağdərə rayon Sırxavənd kəndi ərazisində minaya düşərək xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Bərdə Rayon Mərkəzi Xəstəxanasından SİA-nın bölgə müxbirinə bildirilib ki, pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.