Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu oldu

16 Noyabr 2025 17:18 (UTC+04:00)

Gəncə şəhərində keçirilən Aerobika gimnastikası üzrə Avropa çempionatının final mərhələsi başa çatıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, milli komandamızın üzvləri - qarışıq cütlük Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.600 xalla rəqiblərini geridə qoyaraq I yerin sahibi olub.