...Rusiyanın ABŞ prezidenti Donald Trampla Rusiya diktatoru Vladimir Putin arasında Budapeştdə keçiriləcək görüşü ləğv etməsi strateji səhvdir.
SİA-nın məlumatına görə, Finlandiya prezidenti Aleksandr Stubb bunu Associated Press agentliyinə verdiyi müsahibədə bildirib.
Trampla Putin arasındakı görüşün ləğvi qərarı ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığından sonra verilib.
Stubb qeyd edib ki, bu söhbət zamanı Rubio çox güman ki, "rusların zərrə qədər də təslim olmadıqlarını", yəni "Prezident Trampı razılığa gələ bilməyəcəyi bir vəziyyətə salmağın mənası olmadığını" başa düşüb.
…Görüşün ləğv edilməsi rusların strateji səhvinin daha bir nümunəsi idi. Onların fürsəti var idi və onlar bunu əldən verdilər, - deyə Finlandiya prezidenti vurğulayıb.
Stubb həmçinin qeyd edib ki, qolf oynamaq Trampla əlaqə qurmağa kömək edən "qapı" rolunu oynayıb.
Onun fikrincə, Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasında "fırtınalı münasibətlər" olsa da, o və digər Avropa liderləri bu boşluğu aradan qaldırmağa kömək edə bilərlər.
Finlandiya prezidenti əlavə edib ki, “…biz Prezident Trampı Prezident Zelenskiyə və əksinə tərcümə edirik”.
Onun fikrincə, Putinə gəldikdə, yalnız bir nəfər onunla birbaşa və açıq şəkildə danışıqlar aparmalıdır, o da Trampdır. Stubb həmçinin hesab edir ki, Aİ-nin yaxın zamanda Putinlə birbaşa ünsiyyət kanalı açması ehtimalı azdır.
Əli Babayev