Son onilliklərdə baş verən şiddətli daşqınlar qlobal düyü məhsuldarlığını əhəmiyyətli dərəcədə azaltmışdır.
SİA xəbər verir ki, Stanford Universitetinin "Science Advances" jurnalında dərc olunmuş tədqiqatına görə, bu, milyardlarla insanın ərzaq təhlükəsizliyini təhdid edir.
Alimlərin fikrincə, itkilər təxminən 4,3 faiz və ya ildə 18 milyon ton düyü təşkil etmişdir (1980-2015-ci illər arasında). Düyü yetişdirilən bölgələrdə daha tez-tez baş verən ekstremal daşqınlar səbəbindən zərər 2000-ci ildən bəri daha da artmışdır. Bu tendensiya iqlim dəyişikliyi ilə daha da ağırlaşır.
Məhsul ən çox Hindistan, Şimali Koreya, İndoneziya, Çin, Filippin və Nepalda risk altındadır, burada son onilliklərdə daşqınlar artmışdır.
Yaponiyada insanlar düyü üçün saatlarla növbədə dayanırlar. Əvvəllər quraqlığın düyü üçün daha təhlükəli olduğu düşünülürdü. Yeni bir araşdırma düyü bitkilərinin böyümənin erkən mərhələlərində dayaz daşqınlardan faydalandığını, lakin "həddindən artıq miqdarda suyun dağıdıcı ola biləcəyini" müəyyən etmişdir.
Tədqiqatın baş həmmüəllifi Stiven Qorelik bildirib ki, "Elmi ictimaiyyət quraqlıq səbəbindən düyü məhsuldarlığına dəyən ziyana diqqət yetirib, daşqınların təsirlərinə isə az diqqət yetirilib".
O, əlavə edib ki, daşqına davamlı düyü sortlarının geniş yayılması məhsul itkisinin qarşısını almağa kömək edə bilər.
Nazlı Almuradova