Cəbəllütariq - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb

16 Noyabr 2025 15:20 (UTC+04:00)

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 18-də keçiriləcək Cəbəllütariq (U-21) - Azərbaycan (U-21) oyununa hakim təyinatları açıqlanıb. SİA xəbər verir ki, qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

18 noyabr

Baş hakim: Andrei Çivulete

Baş hakimin köməkçiləri: Radu Ginkuleaç, Mixayta Nekula

Dördüncü hakim: George Katalin Roman

Görüş Bakı vaxtı ilə saat 22:00-da “Europa Point” stadionunda təşkil olunacaq.