Həmrəyliyin gücləndirilməsi və ortaq inkişafa can atmaq Mərkəzi Asiyanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə və qlobal rolunun artırılmasına töhfə verir. “Mərkəzi Asiya +” formatlarının qarşılıqlı fəaliyyəti güclənib. Region nüfuzlu beynəlxalq platformalarda vahid mövqedən çıxış edir. Şübhəsiz ki, Azərbaycanın bizim formata qoşulması ilə regionumuzun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq. SİA xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün “Mərkəzi Asiya + Azərbaycan” formatında iclasında bildirib.