Azərbaycan Basketbol Liqasında VII turun daha üç oyunu keçiriləcək

16 Noyabr 2025 10:22 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında VII turun növbəti oyunları bu gün keçiriləcək. SİA-nın məlumatına görə, A qrupunun "Gəncə" - "Abşeron Lions", B qrupunun "Ordu" - "Quba" matçları saat 14:00-da start götürəcək.

A qrupunun NTD - "Sabah" görüşü saat 18:00-da başlayacaq.

Qeyd edək ki, turun "Şəki" - "Neftçi" qarşılaşması qeyri-müəyyən müddətə təxirə salınıb. Daha əvvəl "Lənkəran" "Sərhədçi"ni (83:78), "Naxçıvan" "Sumqayıt"ı (116:99) məğlub edib.