Azərbaycan taekvondoçusu İslamiadada gümüş medal qazanıb

15 Noyabr 2025 22:32 (UTC+04:00)

Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

SİA xəbər verir ki, 46 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda məğlub olaraq 2-ci yeri tutub.

Yarışa noyabrın 21-də yekun vurulacaq.