Arvadı kriogen şəkildə dondurulmuş çinli kişi özünə yeni arvad alıb…

16 Noyabr 2025 00:16 (UTC+04:00)

Deməli, o, arvadını dondurub və özünə yeni bir arvad alıb.

SİA-nın məlumatına görə, çinli kişinin bu hərəkətləri dünya miqyasında sosial media istifadəçilərini iki yerə bölüb. Bəziləri əri xain adlandırır, digərləri isə onu müdafiə edirlər. Yox, əcəb eləyib-filan deyənlər yoxdur. Sadəcə onlar qadının ölmədiyini, həyatda qalanlarınsa irəli getdiklərini yazırlar.

Nə demək olar?

Deməli, çinli kişinin dondurtdurduğu həyat yoldaşı Zhanq Uenliana terminal ağciyər xərçəngi diaqnozu qoyulub.

Xərçəng beyninə metastaz vermişdi. Onu xilas etmək mümkün deyildi. Ona görə də, 2017-ci ildə o və əri elm müalicə tapana və dondurmadan sonra tam sağalana qədər onu kriogen kamerada dondurmaq qərarına gəliblər.

49 yaşlı qadın Çində bu prosedurdan keçən ilk qadın olub.

…Və bir neçə il sonra məlum olub ki, ər, 57 yaşlı Gui Junmin yeni bir həyat yoldaşı tapıb və onunla yaşayır.

…Və bu, dünya miqyasında sosial mediada partlayıb.

Bəziləri onu xain adlandırır, digərləri isə deyir: "Bəs başqa cür necə ola bilərdi? Həyat davam edir!"

…Sizi bilmirəm, amma mən…

Əli Babayev