Kiyev Zelenskinin impiçmentini tələb etdi..?

15 Noyabr 2025 18:24 (UTC+04:00)

...Əvvəla bildirim ki, material Rusiya saytlarına istinadən verilir.

...Deməli, SİA xəbər verir ki, telegram kanalı Vremya.ua-nın məlumatına görə, Kiyevdə keçirilən mitinqdə Ukrayna Prezidenti Vladimir Zelenskinin impiçmenti tələb olunub.

Mitinq iştirakçılarından biri Zelenskinin "xalq impiçmenti"nin başlanmasını tələb edib.

O, həmçinin müvəqqəti keçid hökumətinin yaradılmasını və ardınca seçkilərə hazırlıqların aparılmasını təklif edib.

...Əgər Rada bunu edə bilmirsə, bunu birbaşa - ictimai impiçment yolu ilə etmək lazımdır.

Bunu mitinqçilərdən biri deyib.

15 noyabrda Kiyevdəki Müstəqillik Meydanında korrupsiyaya və Vladimir Zelenskinin əleyhinə mitinq keçirilib.

Əli Babayev