Borclu kimi axtarışda olan 208 nəfər saxlanılıb

15 Noyabr 2025 15:58 (UTC+04:00)

Borclu kimi axtarışda olan 208 nəfər saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, ötən gün axtarışda olduğuna görə ümumilikdə 241, o cümlədən borclu şəxs qismində axtarışda olan 208 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.