Ruslara göyərçinlərlə bağlı xəbərdarlıq edildi...

15 Noyabr 2025 23:53 (UTC+04:00)

Bu arada ruslara göyərçinlərlə təmasdan, o cümlədən onları yedizdirməkdən çəkinmək barədə xəbərdarlıq edilib.

SİA rus saytlarına istinadən xəbər verir ki, ümumi praktikant Andrey Kondraxin çoxları üçün dərhal aşkar olmayan sağlamlıq risklərindən danışıb.

Onun sözlərinə görə, göyərçinlər salmonellyoz, quş qripi və ornitoz yayırlar.

"Moskva 24"ə verdiyi müsahibədə həkim izah edib ki, bu təhlükəli xəstəliklər həm quşlarla təmas yolu ilə, həm də hava damcıları vasitəsilə ötürülür.

...Məsələn, ornitoz təmas olmadan yoluxa bilər: sadəcə son dərəcə incə hissəciklər olan qurudulmuş nəcisi nəfəs almaqla. Bu hissəciklər küləkdə havaya qalxır və sonra insan bədəninə daxil olur, - deyə Kondraxin izah edib və əlavə edib ki, pnevmoniya bu xəstəliyin ciddi nəticələrindən biridir.

Nazlı Almuradova