Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 17,56 min ton pambıq ipliyi istehsal edilib. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.
Bu il noyabr ayının 1-nə, ölkədə 5,2 min ton hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 18,45 min ton pambıq ipliyi istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 41,5 % çoxdur.