Logistika anbarı yanır

15 Noyabr 2025 11:32 (UTC+04:00)

Cənubi Koreyanın Çxonan şəhərində iri logistika anbarlarından birində yanğın baş verib. SİA-nın "Chosun"a istinadən verdiyi xəbərə görə, xəsarət alanlar barədə məlumat yoxdur.

Yanğının söndürülməsi üçün müxtəlif bölgələrdən 63 yanğınsöndürmə briqadası və 129 xilasedici cəlb edilib. Binanın geyimlə dolu olması səbəbindən alovun daha sürətlə yayılması yanğının söndürülməsini çətinləşdirir.

Sakinlərə yanğın zonasından uzaq durmaq tövsiyə edilib.