ABŞ prezidenti nüvə sınaqları keçirəcəyini təsdiqləyib

15 Noyabr 2025 09:00 (UTC+04:00)

Prezident Donald Tramp ABŞ-nin yaxın gələcəkdə nüvə sınaqları keçirəcəyi ilə bağlı əvvəlki açıqlamalarını təsdiqləyib. SİA-nın məlumatına görə, bu barədə Ağ Ev rəhbəri Floridaya gedərkən "Air Force One" təyyarəsində bildirib.

"Biz çox tezliklə nüvə sınaqları keçirəcəyik, çünki onları başqaları aparır", - Tramp jurnalistlərə deyib.

O, nüvə başlığının özünün partladılacağı ilə bağlı suala cavab verməkdən imtina edib.

Qeyd edək ki, ABŞ modernləşdirilmiş "B61-12" termonüvə bombalarını uğurla sınaqdan keçirib