İdmançılarımız daha 3 medal qazanıblar

15 Noyabr 2025 02:23 (UTC+04:00)

Azərbaycanın 3 muaytayçısı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında medal qazanıb. SİA xəbər verir ki, finalda məğlub olan Xəyal Əliyev (60–65 kiloqram) 2-ci yeri tutub.

Əli Əliyev (55-60 kiloqram) və Səlahəddin Qocazadə (65-70 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.