...Perm-Yekaterinburq magistral yolunda baş verən ağır qəza, biri azyaşlı olmaqla, yeddi nəfərin ölümünə səbəb olub.
SİA xəbər verir ki, bu barədə "Shot" telekanalı məlumat yayıb.
Qəza Kunqurski rayonunda, Çerepahi kəndi yaxınlığındakı yolda baş verib.
"Sobol" mikroavtobusu qarşıdakı zolağa çıxaraq yarımqoşqulu yük maşını ilə toqquşub. Qəzada on beş nəfər xəsarət alıb və onlara tibbi yardım göstərilir.
Hazırda hadisə yerində bütün təcili yardım xidmətləri işləyir və qəzanın səbəbi araşdırılır.
Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərdiyinə görə də cinayət işi açılıb.
Nazlı Almuradova