Qubada toy karvanında avtoxuliqanlıq edən 8 nəfər saxlanılıb

14 Noyabr 2025 21:28 (UTC+04:00)

Qubada toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozan 8 nəfər Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, DİN mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə P.Babayevin barəsində 8 sutka, Ş.Vəliyevin barəsində 15 sutka həbs tədbiri seçilib.

Saxlanılan digər şəxslərin barələrində də digər inzibati tənbeh tədbirləri görülüb.