Popiçenko: “Qadın yalnız kişinin arvadı və ya məşuqəsi ola bilər...”

14 Noyabr 2025 21:36 (UTC+04:00)

...Rus Pravoslav Kilsəsi kişi ilə qadın arasında dostluğa qarşı deyil,.

Bunu Cəmiyyətlə Qarşılıqlı Əlaqələr üzrə Sinodal Departamentinin nümayəndəsi Vaxtanq Kipşidze bildirib.

Bu açıqlama əvvəllər bu cür dostluqlara qarşı çıxan keşiş Yevgeni Popiçenkoya cavab olaraq verilib.

Belə ki, keşiş hesab edir ki, bu cür dostluqlar qaçılmaz olaraq “əxlaqsızlığa” gətirib çıxarır və kişi ilə qadın arasında ünsiyyət yalnız nikah və ya romantik münasibətlər çərçivəsində icazəlidir.

Popiçenko iddia edirdi ki, qadın yalnız kişinin arvadı və ya məşuqəsi ola bilər.

O inanırdı ki, açıq ünsiyyət qaçılmaz olaraq emosional yaxınlığa gətirib çıxarır və Kilsə bunu “əxlaqsızlıq” kimi dəyərləndirir, baxmayaraq ki, burada heç bir fiziki günah yoxdur.

Onun sözlərinə görə, bu cür münasibətlər yoldaşlıq, dəstək və rahatlıq axtarışı ilə müşayiət olunur.

SİA-nın məlumatına görə, Vaxtanq Kipşidze RİA Novosti agentliyinə verdiyi müsahibədə qeyd edib ki, Rus Pravoslav Kilsəsi kişi və qadın arasında dostluğu qadağan etmir.

O, vurğulayıb ki, onun ağlabatan sərhədləri olmalıdır.

Ailəyə və yaxınlara zərər verməməlidir.

Kipşidze yekun olaraq bildirib ki, şirnikdirici halların qarşısını almaq üçün dindarlara dolğun mənəvi həyat sürmək tövsiyə olunur.

Əli Babayev