Avstraliya yerli xalqlara dəyən ziyanı rəsmi olaraq etiraf etdi...

14 Noyabr 2025 22:43 (UTC+04:00)

...Avstraliyanın Viktoriya ştatının Baş naziri Jacinta Allan, müstəmləkəçilərin gəlməsindən əvvəl qitədə yaşayan yerli xalqlarla ölkə tarixində ilk rəsmi müqavilə imzaladı.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg yazır.

...Bu gün biz qədim hüquq sistemlərinin və demokratiyamızın müasir institutlarının yan-yana mövcud ola biləcəyini qəbul edirik, - deyə Allan vurğulayıb.

Agentliyin məlumatına görə, 34 səhifəlik müqavilə müstəmləkəçiliyin vurduğu zərəri rəsmi olaraq qəbul edir və yerli xalqların hüquqlarını qorumaq üçün yeni nümayəndəlik orqanı yaradır.

Qeyd olunur ki, Britaniya müstəmləkəçiliyindən keçən iki əsrdən çox müddət ərzində heç bir Avstraliya hökuməti ölkənin yerli xalqları ilə rəsmi razılığa gələ bilməyib, baxmayaraq ki, Kanada və Yeni Zelandiya kimi ölkələr artıq oxşar müqavilələr bağlayıblar.

Bu arada, 2023-cü ildə keçirilən referendumda Avstraliya Baş naziri Entoni Albanesenin konstitusiyada yerli xalqların işləri üzrə məsləhət orqanı yaratmaq təklifi rədd edildi.

Əli Babayev